olkepress.com
olkepress.com

Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO

31-05-2021, 15:02

Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO


Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov icra başçılarını tənqid edib.

Ölkəpress.com-un məlumatına görə, S.Novruzov bildirib ki, bəzi icra başçıları vəzifəsinə başlayan kimi imtahanla dövlət qulluğuna qəbul olunanları işindən azad edir.

“İcra başçısı gələn kimi test və müsahibə üsulu ilə imtahandan keçən şəxsə deyir ki, ərizəni yaz, get. Nəticə etibarı ilə illərdir yetişən kadr bazasını kimlərinsə iradəsinin ifadəsinə uyğun olaraq itiririk. Nazirliklərdə, komitələrdə də biz bu halları görürük”, - deyə S.Novruzov əlavə edib.

S.Novruzovun sözlərinə görə, icra başçıları özü ilə adamlarını gətirir və digərlərini vəzifəsindən azad edir.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi