olkepress.com
olkepress.com

Heydər Əliyev - Azərbaycan qədər əbədi

6-05-2021, 21:17

Heydər Əliyev - Azərbaycan qədər əbədi
Bu il baharın gəlişi hər birimizdə xoş duyğular yaradır. Axı, 30 ildən sonra xalqımız tarixi bir qələbəyə şahidlik edib. Şükürlər olsun ki, illərlə ürəklərimizdə gəzdirdiyimiz Qarabağ nisgilinə son qoyuldu.

Bu zəfərin qazanılmasında Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin, həmçinin rəşadətli ordumuzun əsgər və zabitlərinin misilsiz xidmətləri oldu. 44 günlük müharibə zamanı həm biz, həm də dünya çox həqiqətləri anladı. Bu qalibiyyət xalqımızı bütün dünyaya cəsur, igid, döyüşkən və vətənpərvər bir xalq kimi tanıtdı. Dünya da, düşmən də gördü ki, bizim qəhrəman oğullarımız ölümün gözünə dik baxmağı, öz torpaqları uğrunda canlarından keçməyi necə bacarırlar.

Artıq Vətən müharibəsi tarixdə qaldı. Erməni mifi darmadağın edildi. İndi irəliyə baxmaq, “Böyük Qayıdış” üçün mühüm addımlar atmağın əsl zamanıdır. Bu işlərə başlanıb və azad olunan torpaqlarda bərpa məsələləri yeni vüsət alıb.
Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin ad günüdür. Mənfur düşmən üzərində qazandığımız zəfərdə ulu öndərin çox böyük rolu var.

Birincisi, yada salaq ki, 15 iyun 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycanda növbəti dəfə siyasi hakimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sürətlə qüdrətlənən ölkəmizdə bütün sahələrdə əsaslı dəyişikliklərə rəvac verdi. Uzaqgörən siyasətçi 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ilə vaxt qazandı, ölkədə sabitliyin möhkəmlənməsinə nail oldu. Elə həmin ilin 20 sentyabrında ümummilli liderin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək növbəti sazişlərin imzalanmasına zəmin yaratdı. Bütün bu nailiyyətlər öz ifadəsini müəllifi Heydər Əliyev olan, 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında öz əksini tapdı.

İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar və tərəfdaşlar qazandı, səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları diqqət çəkdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərildi. Bu cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi ölkəmizin imicini, nüfuzunu yüksəltdi.

Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir.

Dahi şəxsiyyətin İlham Əliyevin haqqında söylədiyi bir fikir də tamamilə özünü doğrultdu: “Mən ona özüm qədər inanıram, əminəm ki, mənim tamamlaya bilmədiyim işləri o, layiqincə davam etdirəcəkdir”. Belə də oldu.

Bu gün Azərbaycan ümummilli liderin ideyaları əsasında uğurla inkişaf edir. Ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Son Qarabağ savaşında dövlət başçısının sərkərdəlik qabiliyyəti və mahir diplomatik bacarığa malik olması qələbəmizi şərtləndirən əsas məsələlərdən oldu. Şuşanın alınması isə sanki cənab Prezidentin ulu öndərə verdiyi hesabat idi. Bəli, məmnunluq və qürur hissi ilə deyə bilərik ki, İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər haqqında demişdir:

- “Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir”.

Əliabbas Salahzadə,
millət vəkili

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi