olkepress.com
olkepress.com

Çavuşoğlu: “ABŞ prezidenti “erməni soyqırımı” deyərsə, bu, münasibətlərimizə xələl gətirər”

21-04-2021, 11:28

Çavuşoğlu: “ABŞ prezidenti “erməni soyqırımı” deyərsə, bu, münasibətlərimizə xələl gətirər”Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” telekanalının qonağı olub.

Telekanaldan verilən məlumata görə, aparıcı Məhmət Akif Ərsoyun “Nədir, Nə deyil” proqramında iştirak edən XİN rəhbəri ölkəsinin Rusiya və ABŞ-la münasibətlərinə də toxunub.

Türkiyənin baş diplomatı Rusiya ilə müansibətlərdən danışarkən bu dövlətlə müxtəlif bölgələrdəki işbirliyini önə çəkib. O, Türkiyə ilə Rusiyanın Qarabağda əməkdaşlıq içərisində olduğunu, Suriya və Liviyada da birlikdə hərəkət etdiyini açıqlayıb.

Nazir bildirib ki, əgər ABŞ-da beynəlxalq hüquqa hörməti varsa, bu ölkənin prezidenti “erməni soyqırımı” ifadəsini işlətməməlidir. Əks halda bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi