olkepress.com
olkepress.com

Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı

12-04-2021, 11:17

Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı Azərbaycanda ingilis dilində yeni informasiya və analitik portal olan “BakuTribune” (www.bakutribune.com) fəaliyyətə başlayıb.

“BakuTribune” komandasının əsas vəzifələri informasiyanı operativ şəkildə, xarici mütəxəssislər və yerli jurnalistlərin geosiyasi sahədə cərəyan edən hadisələrlə bağlı təhlillərini, aktual videoları və digər materialları oxuculara çatdırmaqdır. Layihə əsasən həm Azərbaycanda, həm də xaricdə maraq doğuracaq ingilis dilində eksklüziv kontingentin yaradılmasına yönəlib.

“BakuTribune”un qurucusu və baş redaktoru “Vzglyad.az” xəbər agentliyinin baş redaktoru, “China Daily”, “CGTN” (Çin), “Daily Sabah” (Türkiyə), “Daily Times” (Pakistan) nəşrlərinin köşə yazarı Seymur Məmmədovdur.
“Bu gün Azərbaycan media məkanının ingilisdilli seqmentinin əlavə inkişafa ehtiyacı var.

Azərbaycanda ingilis dilində mənbələrin sayı məhduddur. Mənim prioritetim eksklüziv analitik məzmunun və video məzmunun aktiv inkişafı olacaq. Layihədə aydın şəkildə müəyyən edilmiş hədəflər və onlara çatmaq üçün strategiyalar var”, - S.Məmmədov deyib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi