olkepress.com
olkepress.com

İki deputat parlament seçkilərini izləmək üçün Bolqarıstana gedir

1-04-2021, 20:06

İki deputat parlament seçkilərini izləmək üçün Bolqarıstana gedirMilli Məclisin iki deputatı Bolqarıstandakı parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də Sofiyaya yola düşəcək.

Bu barədə Ölkəpress.com-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Həmin iki deputat Musa Quliyev və Rauf Əliyevdir.
Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcəklər.

Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlar bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi