olkepress.com
olkepress.com

Politoloq: “Bu qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq” - VİDEO

19-03-2021, 11:29

Politoloq: “Bu qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq” - VİDEO“Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti göndərilməsi ölkəmiz tərəfindən edilən bir jestdir”.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu addım Ermənistana bölgədəki reallıqları xatırladacaq:

“Azərbaycan öz siyasi iradəsini ortaya qoyub. Burada Ermənistan cəmiyyətinin və siyasi hakimiyyətinin verəcəyi reaksiyadan çox şey asılıdır. Lakin Ermənistanda hakimiyyətin manipulyativ davranışlar sərgilədiyi bir zaman kəsiyində bu faktın xüsusi olaraq qeyd olunacağını gözləmirəm. Təbii ki, bunu nəzərə alan ayrı-ayrı qüvvələr olacaq. Bundan başqa digər önəmli məsələ odur ki, indiki şəraitdə Ermənistan enerji problemlərinin həllində Azərbaycandan asılıdır. Bu, Ermənistana bölgədəki reallıqların xatırladılması baxımından böyük əhəmiyyət kəsb edir”.




ölkəpresscom


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi