olkepress.com
olkepress.com

"Çoxları deyir ki, deputatlar danışmır" - Razi Nurullayev

16-03-2021, 18:18

"Çoxları deyir ki, deputatlar danışmır" - Razi NurullayevMilli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev parlamentin iclasında baş nazir Əli Əsədova suallar ünvanlayıb.

Ölkəpress.com xəbər verir ki, millət vəkili bu barədə "Facebook" hesabında paylaşım edib.

"Hazırda Parlamentdə hökumətin keçən il üçün hesabatı müzakirə edilir. Hörmətli Baş nazir hesabatı təqdim edib və indi deputatlar çıxış edir. Mən hardasa 41-ci adamam və məndən sonra da hələ onlarla deputat var. Amma növbə çatacağına inanmıram və onun üçün də 1 dəqiqəlik sual hüququmu istifadə etdim. Yeri gəlmişkən deyim ki, çoxları deyir ki, deputatlar danışmır. Mən danışmaq istəyənlərin çoxluğundan bu gün yəqin ki, geniş çıxış edə bilməyəcəm.

Birinci sual: Bakı İslam Universitetinin yüzlərlə tələbəsi diplomsuz qalıb, bakalavrlar isə magisturaturaya daxil ola bilmir. Bu sadə məsələ deyil, bu yüzlərlə gəncin taleyidir, qaranlıq görünən gələcəyinə atmaq istədiyi körpüdür. Əgər bu universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Niyə iki dəfə 5 illik olmaqla 10 illik lisenziya ala bilib? Nədən Müdafiə Nazirliyi tələbələri il yarım yox, bir illik hərbi xidmətə çağırıb? 20 nəfərlik bir qrupda bir nəfər məhkəmə yolu ilə diplomunu ala bilibsə, 19 nəfər də ala bilər. Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfər tələbənin taleyinə biganəlik var. Azərbaycan gəncliyi bu məşəqqəti yaşamalı deyil.

İkinci sual: Keçən il də İmişli rayonunun 10 kəndinin qazlaşdırılması vacibliyini demişdim. Bu il İmişlinin hansı kəndləri qazlaşma proqramına salınıb?

İnşallah, cənab Baş nazir cavablayacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi