olkepress.com
olkepress.com

Rövşən Əkbərovun həbsinin şok səbəbi

16-03-2021, 11:45

Rövşən Əkbərovun həbsinin şok səbəbiXəbər verdiyimiz kimi, sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib.

Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtı ilə mətbuatda məlumatlar da yer alıb.

Dövrü mətbuatda vaxtı ilə yayılan məlumatlara görə, cinayət işi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib.

Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. O vaxt mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi