olkepress.com
olkepress.com

Çavuşoğlu: “Türkiyə şirkətləri Xəzərdəki neft və qaz yataqlarının işlənməsində əməkdaşlığa hazırdır”

10-03-2021, 12:23

Çavuşoğlu: “Türkiyə şirkətləri Xəzərdəki neft və qaz yataqlarının işlənməsində əməkdaşlığa hazırdır”Türkiyə şirkətləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlığa hazırdır və bu istiqamətdə niyyətimiz də tərəflərə çatdırılıb.

Bu sözləri Türkmənistan və Özbəkistan səfərləri barədə “TRT Haber” nəşrinə danışan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumdan bəhs edərkən deyib.

“Buradan çıxacaq qaz və neftin hazırda fəaliyyətdə olan boru xətləri vasitəsilə Türkiyəyə çatdırılmasından söhbət gedir. Əməkdaşlıq üçün hər cür imkan var”, - deyə M.Çavuşoğlu bildirib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi