olkepress.com
olkepress.com

İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin əsas məqsədlərini AÇIQLADI

26-02-2021, 12:58

İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin əsas məqsədlərini AÇIQLADI“Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da noyabrın 10-da imzalanmış bəyanatda müəyyən mənada öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdamda Mərzili kəndi yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi post-müharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən PUA-larından istifadə edərək münaqişə zonasındakı qarşıdurmaların olmamasını təmin etməkdir. Əgər olarsa, mərkəz kimin bunu törətdiyini təsbit etməlidir. Diversiya qrupu istisna olmaqla bu günə qədər hər hansı ciddi qarşıdurma olmayıb”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi