olkepress.com
olkepress.com

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

26-02-2021, 12:20

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO
Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.

“Ümid işığı” adlanan və real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur.

“Ümid işığı” Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.

Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. O, yuxusundan qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini görür.

Sağ qalan insanların helikopterlə təxliyyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur.

Teymur yaşadıqlarını belə xatırlayır: “Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər Xocalı sakinləri ilə birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı. Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır”.

Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi