olkepress.com
olkepress.com

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədi

20-02-2021, 11:58

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqaviləni təsdiqləyib və saziş qüvvəyə minib.

Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.

Xatırladaq ki, 2020-ci ilin fevralın 25-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında" saziş imzalanıb.

Sözügedən razılaşma Azərbaycan və Türkiyənin enerji və mədən sənayesində həyata keçiriləcək ortaq layihələrin əsaslarını müəyyənləşdirir. Razılaşmaya əsasən, iki ölkə birlikdə enerji və mineral kəşfiyyat işləri aparacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi