olkepress.com
olkepress.com

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

19-02-2021, 12:15

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDIMilli Məclisin növbəti iclası fevralın 23-də keçiriləcək.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikasının Mülki, Əmək, Ailə, Vergi, İnzibati Xətalar məcəllələrində, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi də müzakirəyə çıxarılacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi