olkepress.com
olkepress.com

Deputatlar prezidentin xüsusi nümayəndələri ilə bağlı sənədi təsdiqlədi

12-02-2021, 19:26

Deputatlar prezidentin xüsusi nümayəndələri ilə bağlı sənədi təsdiqlədiPrezidentin xüsusi nümayəndələrinə, onların müavinlərinə dövlət qulluqçusu statusu verilir.

Ölkəpress.com-un məlumatına görə, Milli Məclisin iclasında bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsinə əlavələr müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq.

Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi