olkepress.com
olkepress.com

Prezidentin xüsusi nümayəndəsi vəzifəsi ilə bağlı YENİLİKLƏR

8-02-2021, 16:57

Prezidentin xüsusi nümayəndəsi vəzifəsi ilə bağlı YENİLİKLƏRAzərbaycan Prezidentinin xüsusi nümayəndələri vəzifəsi dövlət qulluğu kateqoriyasına aid ediləcək.

Ölkəpress.com-un məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsinə əlavələr təklif olunur.

Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq.

Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.

Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi