olkepress.com
olkepress.com

Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi

28-01-2021, 18:16

Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildiRayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əlavələr edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərman Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunan protokollarla əlaqədardır.

Sənədin əvvəlki variantına əsasən, İnzibati Xətalar Məcəlləsinin 221.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Qida Təhlükəsizliyi Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmələrin rəhbərləri həyata keçirir.

Fərmanla “bölmələrin rəhbərləri” sözləri “bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəzlənib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi