olkepress.com
olkepress.com

Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdü

28-01-2021, 18:14

Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdüAbşeron Rayon İcra Hakimiyyətində yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1B saylı binanın sakinləri ilə görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Ölkəpress.com-un sorğusuna cavab olaraq bildirib ki, görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.

İ.Gülməmmədova qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir:

Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılır.

Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ. Gülməmmədovanın sözlərinə görə, araşdırma nəticəsində müvafiq qərar veriləcək.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır:

“Qış fəsli olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib”.

O qeyd edib ki, FHN-nin verəcəyi qərardan asılı olaraq, aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi