olkepress.com
olkepress.com

Prezident Ramin Quluzadənin fəaliyyətini qiymətləndirdi

26-01-2021, 15:24

Prezident Ramin Quluzadənin fəaliyyətini qiymətləndirdiPrezident İlham Əliyev bu gün vəzifəsindən azad edilən Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimi fəaliyyətini qiymətləndirib.

Dövlət başçısı bununla bağlı Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman danışıb:

“Ona görə sizin nazirliyinizin üzərinə böyük funksiyalar düşür. Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız”.


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi