olkepress.com
olkepress.com

Xalq-Ordu-Prezident vəhdəti: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyilə hər şeyə qadirdir - MÜRACİƏTLƏR

12-01-2021, 20:11

Xalq-Ordu-Prezident vəhdəti: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyilə hər şeyə qadirdir - MÜRACİƏTLƏRAzərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı erməni qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlərin sözlərinə görə, 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Vətəndaşların cənab Prezidentə inamı, güvəni sonsuzdur.
Müraciətlərdə qeyd edilir ki, Müzəffər Ali Baş Komandan hər bir azərbaycanlının əbədi qürur mənbəyidir.

Vətəndaşlar xüsusilə vurğulayırlar ki, ölkəmiz Ali Baş Komandanın sayəsində tarixə şanlı hərflərlə Qələbə sözünü yazıb.

Vətəndaşlar müraciətlərində bildirirlər ki, Ali Baş Komandan Qarabağ nisgilini ürəyimizdən silib, bizi göylərə qaldırıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi