olkepress.com
olkepress.com

Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN

11-01-2021, 17:37

Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN“Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirəcək.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, həmin Qanunun 26.4-cü maddəsində “orqan (qurum)” dedikdə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur.

Təhlükəli yüklərin daşınmasına münasibətdə Fövqəladə Hallar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri nəzərdə tutulur.

Qeyd edək ki, həmin Qanunun 26-cı maddəsində avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması məsələləri öz əksini tapıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi