olkepress.com
olkepress.com

Putin Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir

30-12-2020, 18:24

Putin Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla əməkdaşlığa ümid edirRusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il münasibəti ilə təbrik məktubu göndərib. O, bölgədə sülh və təhlükəsizlik naminə Bakı ilə gələcək əməkdaşlığa ümid etdiyini bildirib.

Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
“İlham Əliyevə ünvanlanan təbrikdə qeyd olunub ki, belə bir çətin ildə də tərəflər Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın gücünə əmin ola bildilər. Bununla yanaşı, təbrikdə Moskva və Bakının gələcək də bütün istiqamətlərdə qarşılıqlı faydalı əlaqələr qurmağa davam edəcəklərinə ümid ifadə edilib”, - deyə Kremlin mətbuat xidmətindən əlavə edilib.

Məktubda Rusiya-Azərbaycan münasibətlərinin inkişafının iki xalqın təməl maraqlarına cavab verdiyi, Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğun davam etdiyi vurğulanıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi