olkepress.com
olkepress.com

Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik etdi

29-12-2020, 12:43

Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik etdiPrezident İlham Əliyev Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunlarını imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Dəyişikliklərə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Qeyd edək ki, bundan əvvəl yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulurdu.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi