olkepress.com
olkepress.com

Bu il sosial təminat üzrə əhaliyə ötən illə müqayisədə bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilib

26-12-2020, 17:20

Bu il sosial təminat üzrə əhaliyə ötən illə müqayisədə bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilibCari ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən bir milyard manatdan artıq olmaqla çox vəsait ödənilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə büdcə zərfi barədə məlumat verərkən deyib.

Nazir 11 ay üzrə ödənilən vəsaitdə özünü göstərən bu məbləğ artımının 700 milyon manatdan çoxunun pensiya, qalanının müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlar olduğunu diqqətə çatdırıb.
Ümumilikdə isə bu ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib.

S.Babayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı işlərinin uğurla davam etdirildiyini, bu günə qədər 9 mindən artıq şəhid ailəsinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə təmin edildiyini deyib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 mindən artıq avtomobil verildiyini bildirib.

Nazir sosial infrastrukturun müasirləşdirilməsi və genişləndirilməsi işlərini diqqətə çatdırıb. O, son bir il yarım ərzində nazirlik tərəfindən doqquz reabilitasiya mərkəzinin yenidən qurularaq və ya tikilərək istifadəyə verildiyini qeyd edib. Bu müəssisələrin ölkənin bütün əsas regionlarını əhatə etdiyini, yaxın aylarda bir sıra reabilitasiya müəssiələrinin də istifadəyə veriləcəyini bildirib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi