olkepress.com
olkepress.com

Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq - SİYAHI

26-12-2020, 12:17

Milli Məclis bəzi qanun layihələrini müzakirəyə çıxarmayacaq - SİYAHIMilli Məclisin 2020-ci il payız sessiyasının işlər planına daxil edilən səkkiz qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq.

Report xəbər verir ki, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Lombardlar haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri işlər planına daxil edilsə də, parlamentin payız sessiyasında müzakirəyə təqdim olunmayacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır, dekabrın 30-da başa çatır.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi