olkepress.com
olkepress.com

Xızrı Şıxsəidov İlham Əliyevə məktub göndərdi

24-12-2020, 19:50

Xızrı Şıxsəidov İlham Əliyevə məktub göndərdi
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz uzaqgörən və müdrik siyasi xadim, öz ölkəsinin mənafelərini ardıcıl surətdə müdafiə edən həqiqi vətənpərvər insan kimi haqlı olaraq həm Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız.

Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi, əhalisinin rifah səviyyəsinin yüksəlməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Bütün bunlar sübut edir ki, Siz atanız, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başlatdığı şərəfli işi ləyaqətlə davam etdirirsiniz.

Bizim xalqlarımız arasında çoxəsrlik tarixə malik olan xüsusi dostluq münasibətləri vardır. Biz bunu yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi