olkepress.com
olkepress.com

"Hazırkı hökumət biznesmenlərdən ibarət deyil" - Zahid Oruc - VİDEO

22-11-2019, 16:36

"Hazırkı hökumət biznesmenlərdən ibarət deyil" - Zahid Oruc  - VİDEO"Ölkədə həyata keçirilən islahatlar yüksələn xətt üzrə davam etməkdədir. Ötən dövrü diqqətlə nəzərdən keçirsək, ciddi dəyişikliklərə 2018-ci il Prezident seçkilərindən sonra start veriliyinin şahidi olarıq.

Belə ki, Prezident İlham Əliyev növbəti dəfə ölkə başçısı seçiləndən sonra hökumətin tərkibində mühüm dəyişikliklər etdi, bir sıra qurumların rəhbərliyinə gənc kadrların təyin olunması ilə bağlı sərəncamlar imzaladı. Bu islahat siyasəti 2019-cu ilin əvvəlindən etibarən daha da dərinləşdi. Son bir neçə ay ərzində isə Prezidentin islahat siyasəti ən yüksək müstəviyə qalxaraq, cəmiyyət tərəfindən də müsbət qarşılanmaqdadır.
Bu islahat siyasəti çərçivəsində Prezidentin sərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin (STM) fəaliyyətə başlaması da mühüm məqam kimi dəyərləndirilə bilər. Mərkəz nizamnaməsinə əsasən ardıcıl olaraq müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi məqsədi ilə sorğular hazırlayır, tədqiqatlar həyata keçirir". Son dövrlər həyata keçirilən islahatlar və onların nəticələri ilə bağlı Unikal.org-a müsahibə verən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc mühüm məqamlara toxunub.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi