olkepress.com
olkepress.com

Biz çox xoşbəxt xalqıq ki, sizin kimi əvəzolunmaz liderimiz var – Ali Baş Komandana Müraciətlər

23-11-2020, 19:00

Biz çox xoşbəxt xalqıq ki, sizin kimi əvəzolunmaz liderimiz var – Ali Baş Komandana Müraciətlər
Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, şanlı qələbəmizin arxasında Ali Baş Komandanın uzun illər həyata keçirdiyi müdrik diplomatik, iqtisadi və hərbi strategiya, ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi dayanır.

Azərbaycan xalqı Ali Baş Komandanın Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdığını və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldığını qeyd edir.

Dünyanın hər yerindən müraciət ünvanlayan azərbaycanlılar bildirir ki, şanlı yolda Ali Baş Komandanın sözlərinə istinad edərək “dəmir yumruq kimi” daim dövlət başçısının yanındadırlar.

Müraciət edənlər vurğulayırlar ki, biz çox xoşbəxt xalqıq ki, Ali Baş Komandan kimi əvəzolunmaz Liderimiz var.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi