olkepress.com
olkepress.com

Rusiya nümayəndə heyəti Ankarada: “Qarabağla əlaqəli texniki danışıqlar aparılacaq” - VİDEO

13-11-2020, 17:59

Rusiya nümayəndə heyəti Ankarada: “Qarabağla əlaqəli texniki danışıqlar aparılacaq” - VİDEOQarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib.

“Haber Global”ın məlumatına görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb.

Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi başlayıb.

Heyət günortadan sonra Milli Müdafiə Nazirliyinə gedəcək və texniki məsələləri müzakirə edəcəklər.

Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi iclaslarda taktika və texnika baxımından hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.

ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi