olkepress.com
olkepress.com

Cozep Borrel Ceyhun Bayramova zəng etdi

13-11-2020, 11:46

Cozep Borrel Ceyhun Bayramova zəng etdiAzərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan son vəziyyət, tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar üçtərəfli bəyanatın imzalanması, o cümlədən BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi, eləcə də yeni kommunikasiya xəttlərinin inşası da daxil olmaqla bütün kommunikasiyaların açılması kimi məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Ali nümayəndə Cozef Borel 10 noyabr tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən üçtərəfli bəyanatın imzalanmasını müsbət dəyərləndirib. O, razılaşmaya hörmətlə yanaşılmasının və onun icrasının təmin edilməsinin vacibliyini qeyd edib. Cozef Borel tərəflər arasında dialoqun davam etməsinin zəruriliyini vurğulayıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi