olkepress.com
olkepress.com

Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTO

12-11-2020, 17:26

Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTORusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün təmin olunması barədə fərman imzalayıb.

Sənəd rəsmi məlumat portalında yayımlanıb.

Fərmana görə, Rusiya Silahlı Qüvvələrinin 1 960-a qədər hərbi qulluqçusu olan hərbi birləşməsi beş il müddətinə Dağlıq Qarabağa göndərilir.

Müvafiq beş illik müddətin bitməsindən altı ay əvvəl Azərbaycan və Ermənistan əldə olunmuş razılaşmalara əməl olunmasını dayandırmaq niyyətində olduqlarını bildirmədikləri təqdirdə, sonrakı beş illik dövrlər üçün onların qalma müddəti avtomatik uzadılır.

Sülhməramlı kontingent Dağlıq Qarabağ münaqişəsi zonasında, Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdiriləcək.

Rusiya Prezidenti, həmçinin, Müdafiə Nazirliyinə ildə ən azı iki dəfə Qarabağdakı Rusiya sülhməramlılarının rotasiyasını (dəyişdirilməsini), texniki cəhətdən zəruri olduqda hərbi texnikanı dəyişdirməyi tapşırıb.

Federal Təhlükəsizlik Xidmətinə Ermənistan tərəfindən Azərbaycanın qərb bölgələri və Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təmin edilməsinə nəzarət olunması tapşırılıb.

Putin, həmçinin, hökumətə göstəriş verib ki, sülhməramlıların fəaliyyətləri ilə bağlı maliyyələşmə təmin olunsun.

ölkəpress.com

Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTO


Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi