olkepress.com
olkepress.com

Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasından Azərbaycana DƏSTƏK

6-11-2020, 11:31

Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasından Azərbaycana DƏSTƏKBolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatası Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycanı dəstəklədiyini açıqlayıb

Palatanın təqdim etdiyi məlumata görə, bu barədə qurumun Azərbaycan tərəfidən həmtəsisçi Ramin Əhmədov bildirib. Onun sözlərinə görə, Avropa Ticarət və Sənaye Palataları Assosiasiyasının prezidenti Kristof Leytl və Bolqarıstan Ticarət və Sənaye Palatasının prezidenti Svetan Smyonova göndərilən məktubda bu məqam əks olunub.

Bununla belə, Palatanın bolqarıstanlı həmtəsisçisi olan Dimitar Bratanovun ünvanladığı və imzaladığı müraciətdə qeyd edilir:

“Biz Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri 1 aydan çoxdur Qafqazda hərbi əməliyyatların inkişafını diqqət və narahatlıqla izləyirik.

Bu hadisələr Azərbaycanın beynəlxalq aləmdə tanınan suveren ərazisində baş verir. İşğal olunmuş ərazilərin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələrinin yerinə yetirilməməsi insan ölümləri və həmçinin sənaye və mülki infrastrukturun dağıdılması da daxil olmaqla hazırkı hadisələrə səbəb olub.

Hazırda Azərbaycan xalqının son arzusu ərazilərini beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bərpa etməkdir və biz bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün bütün beynəlxalq və qeyri-hökumət təşkilatlarını yardıma çağırırıq.

Biz Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək və ərazi bütövlüyünü ədalətlə bərpa etmək üçün atdığı ədalətli və qanuni səylərini tam dəstəkləyirik”.

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi