olkepress.com
olkepress.com

Xalq Prezidenti “Tarix yazan sərkərdə” adlandırır - MÜRACİƏTLƏR

2-11-2020, 17:09

Xalq Prezidenti “Tarix yazan sərkərdə” adlandırır - MÜRACİƏTLƏRAzərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciətlərdə bildirilir ki, Ali Baş Komandanın mediaya müsahibələr verərkən səsinin ahəngi belə işğalçılara qarşı mübarizədə qələbənin ahəngi anlamına gəlir.

Xalq Prezidenti tarix yazan sərkərdə adlandırır. Bildirirlər ki, vətəndən kənarda yaşayan azərbaycanlılar da Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə Ali Baş Komandanın rəhbərliyi altında azad olunacağına və ərazi bütövlüyümüzün qeyd-şərtsiz təmin ediləcəyinə qəti inanır, həsrətlə Qələbə gününü gözləyir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi