olkepress.com
olkepress.com

İlham Əliyev: “Ermənistan acı məğlubiyyətindən dərs çıxarmalıdır”

2-11-2020, 16:39

İlham Əliyev: “Ermənistan acı məğlubiyyətindən dərs çıxarmalıdır”“Baxmayaraq ki, bizim ordumuz çox uğurlu əməliyyatlar həyata keçirirdi, beynəlxalq vasitəçilərin təklifləri nəzərə alınaraq üç dəfə atəşkəslə bağlı Ermənistanla razılığa gəlindi. Lakin hər dəfə onlar atəşkəsi kobud şəkildə pozdu”.

Bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Prezident bildirib ki, Ermənistan Azərbaycanın dinc əhalisini atəşə tutması ilə öz eybəcər sifətini göstərir:

“İlk olaraq Gəncə şəhəri ballistik raketlərlə atəşə tutdular. İkinci dəfə atəşkəsdən cəmi 4-5 dəqiqə sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi atıblar. Nəticədə 21 nəfər mülki şəxs həlak olub, 70 insan isə yaralanıb. Gəncəyə isə iki ballistik raketlə edilən hücum nəticəsində mülki şəxslər həlak olub. Bu erməni faşizminin eybəcər sifətidir”.

İ.Əliyev qeyd edib ki, əgər Ermənistan bu gün atəşi dayandırıb danışıqlar masası arxasında konstruktiv mövqe göstərsə, biz dayanmağa hazırıq:

“Biz hesab edirik ki, Qarabağ münaqişəsinin həlli hərbi-siyasi müstəviyə keçməlidir. Biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünüb bu qərara gəlməyə vadar edəcək”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi