olkepress.com
olkepress.com

İlham Əliyevdən “Rosneft”in baş icraçı direktoruna təbrik məktubu

5-09-2020, 20:44

İlham Əliyevdən “Rosneft”in baş icraçı direktoruna təbrik məktubuPrezident İlham Əliyev “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.

“Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi