olkepress.com
olkepress.com

İlham Əliyev Braziliya prezidentinə məktub göndərdi

5-09-2020, 20:30

İlham Əliyev Braziliya prezidentinə məktub göndərdiPrezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaruya təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və rifah diləyirəm”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi