olkepress.com
olkepress.com

Prezidentdən daşınar əmlakın yüklülüyü barədə FƏRMAN - Məbləğlər azaldıldı

4-09-2020, 21:15

Prezidentdən daşınar əmlakın yüklülüyü barədə FƏRMAN - Məbləğlər azaldıldıDaşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği aşağı salınıb.

Bununla bağlı Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edib.

Fərmanla yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 10 manatdan 6 manata endirilib.

Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 6 manatdan 2 manata, axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənən hesabatın verilməsi üçün məbləğ isə 6 manatdan bir manata endirilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi