olkepress.com
olkepress.com

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi - FƏRMAN

4-09-2020, 16:29

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi - FƏRMAN“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Əsasnamənin beşinci maddəsi yeni redaksiyada verilib. Fərmana əsasən, nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Bu vaxta qədər isə nazirliyin saxlanılması xərcləri Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi.

Fərmanla Əsasnaməyə 13.4-1-ci və 13.4-2-ci bəndlər əlavə edilib.

Bununla da, Təhsil nazirinə nazirliyə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək səlahiyyəti də həvalə olunub.

Həmçinin nazir, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək.

Ayrılan vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi