olkepress.com
olkepress.com

İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır

14-11-2019, 13:59

İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılırDünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır və yalançı dini şüarlar altında cinayətlər törədilir. Gənc nəsli bundan qorumalıyıq.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, ayinlərini yerinə yetirirlər.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər zaman regionlararası dialoqda mühüm rol oynayıb. “Bugünkü tədbir bir daha Azərbaycanın necə vacib rol oynadığını və dinlərarası dialoqa verdiyi önəmi nümayiş etdirir”, - prezident bildirib

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi