“Aprelin 14-də Avropa Ağır Atletika Federasiyasının Yerevanda baş tutan növbəti çempionatında Ermənistanın baş nazirinin, prezidentinin və siyasi rəhbərliyinin iştirak etdiyi mötəbər tədbirdə Azərbaycan bayrağının yandırılması elə həmin Federasiya tərəfindən pislənildi, bununla bağlı bəyanat verildi”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, ermənilərin bu hərəkəti ciddi qınağa səbəb olub. Belə ki, bu davranış təkcə Beynəxalq idman ictimaiyyəti tərəfindən deyil, həm də beynəlxalq qurumlar tərəfindən pislənilib.
Politoloq Elşad Həsənov Elşad Həsənov
“Eyni zamanda tavandan asılmış Azərbaycan və Türkiyə bayraqlarının cırılması da ermənilərin iç üzünü açır, onların türklərə qarşı barışmaz mövqedə olduqlarını bir daha göstərir. Azərbaycan illərdir ki, Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Türkiyə də bu prosesdə dəstək olur. Hətta Türkiyə bildirib ki, Azərbaycanla münasibətlər normallaşdırıldıqdan sonra Türkiyə ilə Ermənistan sərhədləri açılacaq və Ermənistan Türkiyə və Azərbaycandan yararlana biləcək”,- deyən politoloq hesab edir ki, Ermənistan bunu başa düşmür. Öz xəstə təxəyyülləri ilə, hərəkət edirlər. Bu da bir daha ermənilərin nə qədər rəzil, xəstə təxəyyüllü xalq olduğunu sübut edir.
Elşad Həsənovun fikrincə, Avropa ağır atletika Federasiyasının təşkil etdiyi Avropa çempionatında belə bir hadisənin baş verməsi ermənilərin hansı mədəniyyətə, hansı şüura malik olduğunu ortaya qoyur.
Politoloq bildirib ki, bu məsələ dünya ictimaiyyəti tərəfindən də pislənilir. Eyni zamanda ermənilərin Azərbaycan bayrağını yandırması Azərbaycan ictimaiyyəti üçün bir mesaj idi. Bu da o deməkdir ki, ermənilər Azərbaycanla barışmaq istəmir, sülh bağlamaq istəmirlər. Bu səbəbdən də onların Azərbaycan ərazisində yaşaması gələcəkdə onların özü üçün problem olacaq, çətin olacaq.
“Biz bu məsələlərdə gələcəkdə öz siyasətimizdə müəyyən korrektələr etməliyik. Ermənilərin bu hərəkəti Türk dünyasına qarşı olsa da, biz bundan ermənilərin iş üzünü açmaq üçün öz təbliğat və təşviqat işlərimizdə yararlanmalıyıq. İdman ictimaiyyəti arasında, siyasi areallarda bunlardan istifadə edərək, Ermənistan tərəfinin təxəyyülə malik olduğunu və hansı arzuda olduqlarını dünya ictimaiyyətinə çatdırmalıyıq”,- deyən Elşad Həsənov qeyd edib ki, onlar bu hərəkətləri ilə siyasi imiclərinə böyük bir ləkə vurdular. Bunu da yaxın zamanlarda təmizləyə bilməyəcəklər.
“Bəzi politoloqların iddialarına görə, bu hadisəni etdirən keçmiş prezidentlər Koçaryan, Sarkisyan və onların tərəfdarlarıdır. Onlar etdiriblər. Amma hər bir halda dövlət başçısının iştirak etdiyi bir tədbirdə belə bir hərəkət olursa, deməli, onların həm təhlükəsizlik orqanlarının, həm də mühafizə idarəsinin böyük çatışmazlıqları var. Bu da onların öz başında çatlayır”,- deyə politoloq vurğulayıb.