olkepress.com
olkepress.com

Tramp Ukraynadakı münaqişəni həll edə biləcəyini deyib

27-01-2023, 08:28

Tramp Ukraynadakı münaqişəni həll edə biləcəyini deyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, əgər o, hazırda Amerika administrasiyasının rəhbəri postunda olsaydı, 24 saat ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilərdi.
Bizimyol.info xəbər verir ki, bu barədə o, cümə axşamı günü özünün sosial şəbəkəsi olan "Truth Social"da yazıb.

"Hətta indi, əgər mən Birləşmiş Ştatların prezidenti olsaydım, 24 saat ərzində bu dəhşətli müharibəni dayandırmaq üçün danışıqlar apara bilərdim. Mən bunu bacarardım", - deyə keçmiş prezident qeyd edib.

Bundan əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə sövdələşmə ilə son qoyulmalıdır. Bundan əlavə, Tramp ABŞ-ın hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyini güman edib. O, münaqişənin təcili olaraq dayandırılmasının tərəfdarı olduğunu bildirib.

Cümə axşamı ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, ABŞ administrasiyası Ukrayna ilə bağlı ciddi danışıqlarda Rusiyaya qarşı müəyyən sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, o vurğulayıb ki, ABŞ Kiyevin Rusiya Federasiyasının tərkibinə daxil olmuş və ya Rusiya hərbçilərinin nəzarətində olan ərazilərə nəzarəti bərpa etməsini təmin etmək istəyir. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski buna cavab olaraq qeyd edib ki, Nulandın mesajı Moskva üçün qəbuledilməzdir, çünki tarixi qərarlar məhdudiyyətlərə yenidən baxılması vədinə çevrilə bilməz.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi