İranın fars molla rejimi yenə öz ampluasındadır. Minlərlə qadının təhqir edildiyi, hüquqlarının pozulduğu, öldürüldüyü bir ölkə dünyanı özünə güldürməkdədir. "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi" adı altında tədbir keçirərək mənfi imicini düzəltməyə müvəffəq olacağına ümid edir. Halbuki, qadın hüquqlarının kobud şəkildə pozulduğu İranda qadın hüquqları mövzusunda tədbirin təşkili absurddur.
İran rejiminin mahiyyətini puç edən, onun dindən yalnız öz maraqları üçün istifadə etdiyini hər kəz gözəl bilir. Məsələn, götürək, elə onun 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış, minlərlə azərbaycanlını qanına qəltan edən Ermənistanla münasibətlərini. İllər uzunu Ermənistan üçün nəfəslik rolunu oynayan fars rejimi yenə də çirkin siyasətindən əl çəkmir. Düşmən ölkənin "birinci xanımı"nı Tehrana dəvət edərək, ona ən yüksək səviyyədə qəbul təşkil edir, məscidlərə aparır. İranın birinci xanımı Annanı Qumdakı məscidə və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarətə aparıb. Özünü müsəlman ölkəsi adlandıran İran işğalçı ölkənin insan qanı içməyə hazır "ledi"sini bu ünvana aparmaqla müqəddəs ruhları incidir. Bir faktı da qeyd edək. Anna Akopyan və ondan əvvəlki rəhbərlərin hansı bir xanımı İrəvanda azərbaycanlılara məxsus, amma sonradan farslaşdırılan Göy məscidə gedib? İndi bu qadını İran hakimiyyəti lap başda oturdur. Bu həmin Annadır ki, İkinci Qarabağ müharibəsində qadın terrorçulardan ibarət dəstə yaradıbı, adını da "Erato" qoyub. Bundan əvvəl isə Tehranla İrəvan "bacılıq" haqqında anlaşma imzaladılar.
"Hizbullah" liderinin qızı da İranda
Tədbirə gəldikdə, ən diqqət çəkən məqam odur ki, Livanın terrorçu "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da ora qatılıb. Tədbirə gəldikdə, "moderate" xəbər saytı yazıb ki, "konqres böyük səhvlərdən ibarət olub və nüfuzlu qadınların siyahısının hansı parametrlər əsasında hazırlandığı belə aydın deyil! Mühüm qonşu və müsəlman ölkələrinin birinci xanımlarının iştirak etməməsi İranın qonşuları ilə münasibətlərindəki böhranı təsdiqləyir. Onu da yazırlar ki, Ermənistanın baş nazirinin xanımı İranın Azərbaycanla soyuq müharibə apardığı bir şəraitdə qurultaya qatılıb. Deməli, Ermənistanın birinci xanımının İrana səfəri İslam Respublikasına hörmətdən çox Azərbaycan və onun regional müttəfiqi Türkiyə üçün bir mesajdır".
Tədbirin təşkilatçısına gəldikdə, bu, Əl-Mustafa Beynəlxalq Universitetidir və Qumda yerləşir. Universitet şiə təlimlərini yaymaq üçün yüzlərlə əcnəbi tələbə üçün pul ödəyir. Tədbrin keçirilməsinə küllü miqdarda vəsait sərf olunması da sərt tənqid olunub. Bel ki, sadə iranlıların üzləşdiyi iqtisadi çətinliklər fonunda heç bir təsiri olmayan belə bir tədbirin keçirilməsi ölkə daxilində qıcıq doğurub.