olkepress.com
olkepress.com

İlham Əliyev qırğız həmkarını qarşıladı

20-04-2022, 10:51

İlham Əliyev qırğız həmkarını qarşıladı

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.

Ōlkəpress.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi