olkepress.com
olkepress.com

Sahibə Qafarovanın səfər proqramı AÇIQLANDI

23-11-2021, 15:32

Sahibə Qafarovanın səfər proqramı AÇIQLANDI

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Bu barədə Ölkəpress.com-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Səfərov, Anatoliy Rafailov, Rüfət Quliyev, Anar Məmmədov, Rasim Musabəyov, Tamam Cəfərova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclisin sədri təşkilatın Şura və plenar iclaslarında gündəlikdəki məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində nümayəndə heyətimiz səhiyyə xidmətlərinin hamını əhatə etməsi və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Burada parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə təşkilatın gələcək fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.
Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri noyabrın 26-da başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi