olkepress.com
olkepress.com

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

20-04-2021, 21:22

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Son sutka ərzində Azərbaycanda 14 830 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələdə isə bu rəqəm 4849 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 352 210 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 899 213 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 452 997 olub.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi