olkepress.com
olkepress.com

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı

3-03-2021, 15:09

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib, aktiv xəstə sayı 2960 nəfərdir.

Ölkədə son sutka ərzində 7928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi