olkepress.com
olkepress.com

Sağlam qidalanma piramidası bizə nə deyir?

19-02-2021, 19:47

Sağlam qidalanma piramidası bizə nə deyir?FİZİKİ AKTİVLİYİ

Gündəlik 30-45 dəqiqə idman etmək lazımdır. Müntəzəm yüngül idman və sağlam pəhriz hipertenziyanın qarışısını alır. O həmçinin, diabeti önləyir və xolestol səviyyəsini azaldır.
BUĞDA MƏHSULLARI

Un məmulatları bədənin əsas enerji mənbəyidir. Tərkibində minerallar və vitaminlər var, həzm sistemini tənzimləyən liflərlə zəngindir.
MEYVƏ VƏ TƏRƏVƏZLƏR

Tərəvəzlər və meyvələr əsas yeməklə gündə ən az 5 dəfə yeyilməlidir. Pəhrizimizi təzə, donmuş və ya quruldulmuş meyvələr, eləcə də meyvə şirələri ilə zənginləşdirməliyik.
SÜD VƏ SÜD MƏHSULLARI

Süd və süd məhsulları sağlam sümüklər və dişlər üçün əsas olan kalsiumla zəngindir. Gündəlik 3-4 porsiya süd və süd məhsulları yeyin: yoqurt, ayran və pendir.
PROTEİN MƏHSULLARI

Ət, balıq, paxlalı bitkilər və qoz protein, mineralların və B qrup vitaminlərin zəngin mənbəyidir. Bu məhsullardan gündə 2 porsiya yeyilməlidir.
YAĞLAR

Yağlar yalnız yeməklərə əlavə olmalıdır. Pəhrizinizdəki yağlar əsasən balıq, qoz və tərəvəz yağları olmalıdır. Qızartmalarda zeytun və ya kanola yağı istifadə edin.
Sağlam qidalanma piramidası bizə nə deyir?


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi