olkepress.com
olkepress.com

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü

17-02-2021, 16:19

Azərbaycanda daha iki nəfər koronavirusdan öldüAzərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232 491 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3187 nəfər vəfat edib, aktiv xəstə sayı 2188 nəfərdir.

Ölkədə son sutka ərzində 7758, hazırkı dövrədək isə 2 521 394 test aparılıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi