olkepress.com
olkepress.com

TƏBİB-dən vaksinin əlavə təsirləri ilə bağlı AÇIQLAMA

16-02-2021, 11:12

TƏBİB-dən vaksinin əlavə təsirləri ilə bağlı AÇIQLAMAYüksək bədən hərarəti və ya xroniki xəstəliyin kəskinləşməsi mərhələsində olan insanlara peyvənd vurulması tövsiyə edilmir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əhali arasında yayılan vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.
“Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, peyvənd vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.

TƏBİB-dən vaksinin əlavə təsirləri ilə bağlı AÇIQLAMA


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi