olkepress.com
olkepress.com

Şamaxıda 65 yaşdan yuxarı vətəndaşlar peyvənd edilir - VİDEO

12-02-2021, 10:47

Şamaxıda 65 yaşdan yuxarı vətəndaşlar peyvənd edilir - VİDEOCOVID-19 pandemiyası ilə əlaqədar Şamaxıda 65 yaşdan yuxarı sakinlər arasında peyvəndləməyə start verilib.

Baku TV xəbər verir ki, vaksinasiya Şamaxı Müalicə Diaqnostika məntəqəsində həyata keçirilir. Rayon üzrə 65 yaşdan yuxarı 5 815 nəfərə peyvənd vurulması nəzərdə tutulub.

Peyvəndləmə prosesinə əhalinin aktiv cəlb olunmasını təmin etmək məqsədilə könüllü gənclərdən ibarət 10 mobil qrup yaradılıb. Bu qruplar ayrı-ayrı ünvanlarda olaraq əhalinin bu istiqamətdə maarifləndirilməsini təmin edirlər.

Bununla yanaşı həmin qruplarda fəaliyyət göstərən gənclər vaksin vurulacaq şəxslərə əvvəlcədən növbə götürməkdə də köməklik göstərirlər.

Rayon üzrə 1 000 nəfərə yaxın 65 yaşdan yuxarı şəxs növbə götürüb ki, onlardan 100 nəfəri artıq vaksinasiya olunub.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi