olkepress.com
olkepress.com

Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli PROQNOZ

27-11-2020, 13:30

Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli PROQNOZBu gün Azərbaycanda yoluxmaların sayı antirekord vurursa, aydın məsələdir ki, ağır və kritik vəziyyətdə olan xəstələrin də sayı artacaq.

Ölkəpress.com Trend-ə istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yoluxma sayı artdıqca proporsional olaraq ağır vəziyyətdəki xəstələrin sayı da artır.

Baş infeksionist qeyd edib ki, statistikaya əsasən, COVİD-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir:

"Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olanların sayı 5 faizdir".

Baş infeksionist Azərbaycanda COVİD-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu da deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi